Əsas Səhifə > Güney Press > Rusiyadan Vaşinqton razılaşması ilə bağlı

Rusiyadan Vaşinqton razılaşması ilə bağlı


Dünən, 09:49

Rusiya Ermənistanda baş verənlərə biganədir, Vaşinqton razılaşması ilə bağlı da hansısa addım planlaşdırılmır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Vaşinqtonda üçtərəfli razılaşmanın əldə edilməsindən sonra Rusiyadan sərt reaksiyanın olacağı, Moskvanın 10 noyabr bəyanatından imtina etməsini Paşinyana bağışlamayacağı və ona qarşı daxili proseslərin başlayacağı gözlənilsə də, Rusiya hakimiyyətinə yaxın mənbələr bizi əmin elədi ki, Ermənistanda baş verənlərə dərin biganədirlər. Rusiyanın müxtəlif dairələri Ermənistanın bəzi qurumlarına baş verənlərin erməni xalqı üçün yaxşı olacağı təqdirdə heç bir addım atmayacaqlarını çatdırıblar.

Hətta İran da Rusiyanın mövqeyini və hərəkətlərini aydınlaşdırmağa çalışır ki, buna əsaslanaraq addımlar atsınlar, amma onlardan da eyni cavab gəlib. Mənbələrimiz bildirirlər ki, bu münasibətin əsas səbəbi Rusiyanın Ukrayna cəbhəsində hansı nəticənin olacağını gözləməsidir”, - nəşr yazıb.


Geri qayıt