Əsas Səhifə > Güney Press > Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə

Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə


Bu gün, 09:39

Lombard - Azərbaycanda ən gəlirli fəaliyyət növlərindən biridir.
FED.az xəbər verir ki, lombard fəaliyyəti ilə məşğul olanların sayının artması, eləcə də belə şirkətlərin hesabatları belə deməyə əsas verir.
Belə qurumlardan biri olan «Express Lombard» şirkəti 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən 2024-cü ildə şirkət özü böyüklükdə gəlir əldə edib.
Belə ki, şirkətin aktivləri 1 milyon 105 min manat olduğu halda, onun faiz gəlirləri 1 milyon 43 min manata çatır.
Bu əvvəlki ilə nisbətən 2 dəfə artıqdır. Bu dövrdə şirkətin inzibati xərcləri 431 min manat olub – ötən illə müqayisədə 84 min manat və ya 24% artıb. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 608 min manat olub, ondan 125 min manatı mənfəət vergisi kimi ödənilib.
Nəticədə, “Express Lombard” 2024-cü ili 483 min manat xalis mənfəətlə başa vurub ki, Bu da ötən ilin nəticəsindən 349 min manat və ya 3,6 dəfə çoxdur.
«Express Lombard» belə böyük gəlirləri nisbətən kiçi k vəsaitlə əldə edib. Belə ki, “Express Lombard” 2024-cü ili cəmi 222 min manat aktivlərlə başlayıb. Kredit portfeli isə cəmi 206 min manat olub.
2024-cü ilin sonuna qədər isə şirkətin aktivləri 1 milyon 105 min manata yüksəlib ki, onun da 1 milyon 5 min manatı kreditlər olub.
Şirkət bu kreditləri hələlik təsisçilərin vəsaiti ilə – nizamnamə kapitalı hesabına ayırır. Son bir ildə şirkətin səhmdarları dəyişib – yeni səhmdarlar “Express Lombard”a ciddi vəsait yatıraraq nizamnamə kapitalını 4 min manatdan 1 milyon manata qaldırıblar. Şirkət də hələlik kreditləri bu pulun hesabına ayırır.
Hələlik şirkətin ciddi öhdəlikləri yoxdur = 122 min manat, onun da 99 min manatı mənfəət vergisi öhdəliyidir.
Hesabatdan məlum olur ki, «Express Lombard»ın hələlik heç bir əmlakı yoxdur, aktivlərin tərkibində kredit portfelindən başqa, cəmi 19 min manatlıq qeyri-maddi aktivləri var.




Geri qayıt