
Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Artak Beqlaryan Bakıda saxlanılan erməni əsirlərlə bağlı dəqiqləşdirilməmiş siyahıların paylaşılmamasına çağırıb. Musavat.com xəbər verir ki, o, son günlər şübhəli siyahıların ortaya çıxdığını, bunun da əsirlərin yaxınlarının psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini və ruh düşkünlüyünü artırdığını bildirib.
Spekulyasiyaların qarşısını almaq üçün Beqlaryan əsir götürülməsi təsdiqlənmiş 23 nəfərin adlarını açıqlayıb: Vigen Euljecyan, David Davtyan, Gevork Sudjyan, Vagif Xaçatryan, Rashid Beqlaryan, Madat Babayan, Alesha Xosrovyan, Lyudvig Mkrtchyan, David Alaverdyan, Levon Balayan, Vasiliy Beqlaryan, Erik Kazaryan, Garik Martirosyan, Melikset Pashayyan, Gurgen Stepanyan, Ruben Vardanyan, David Manukyan, David Babayan, Levon Mnatsakanyan, Arkadiy Gukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İshkanyan.
Geri qayıt
|