Əsas Səhifə > Güney Press > Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladıDünən, 15:22 |
Bu gündən Ermənistan və ABŞ-ın “Eagle Partner-2025” adlı birgə hərbi təlimləri başlayıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir. Təlim tibbi təxliyə prosedurlarına diqqət yetirməklə sülhməramlı missiyalara hazırlıq və həyata keçirilməsinə yönəlib. Ermənistanda keçirilən təlimlər avqustun 20-dək davam edəcək. Qeyd edək ki, “Eagle Partner” təlimləri Ermənistanda 2023-cü ildən keçirilir. Geri qayıt |