Əsas Səhifə > Güney Press > İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olubBu gün, 11:58 |
İranın xarici işlər naziri Abbas Əraqçi və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon söhbəti baş tutub. APA bu barədə İran mediasına istinadən xəbər verir. Əraqçi vurğulayıb ki, heç bir yol İranın digər tranzit yollarına çıxışına mane olmamalıdır. İranlı nazir Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımın məmnunluq doğurduğunu, lakin ölkəsinin regionda geosiyasi dəyişikliyə yol açılmasının əleyhinə olduğunu diqqətə çatdırıb. Mirzoyan Ermənistan-İran münasibətlərinin dostluq və qonşuluq münasibətləri olduğunu bildirib və İrəvanın Tehranla münasibətləri prioritet bir məsələ olaraq qiymətləndirdiyini bəyan edib. Geri qayıt |