Əsas Səhifə > Güney Press > "Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub..."
"Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub..."Bu gün, 14:36 |
Politoloq Zərdüşt Əlizadənin "Yeni Sabah"a müsahibəsi: - "Axios" nəşrinin məlumatına görə, Trampın xüsusi elçisi Stiven Uitkoff hələ bu ilin mart ayında Moskvadan birbaşa Bakıya uçub və Azərbaycan rəhbərliyi ilə Ermənistanla sazişə dair danışıqlar aparıb. Sonradan onun məsul etdiyi başqa şəxs bu missiyanı davam etdirib. Rusiya XİN-in Vaşinqton razılaşmaları ilə bağlı ilkin bəyanatı da olduqca yumşaq idi. Yəni belə bir qənaətə gəlmək olar ki, Ağ Evdəki gələcək görüşə Kremldən izn alınıb və Moskva çərçivə sülh sazişinə prinsipcə razılıq verib. - Azərbaycan dilində belə bir ifadə var: "Pərt olma, fit çal". İndiki şəraitdə Rusiyanın fit çalmaqdan başqa heç bir əlacı yoxdur. Ona görə fit çalır və özünü elə göstərməyə çalışır ki, guya baş tutan razılaşmaya şaddır. Lakin başqa bir amil də var. Pepperoni pizza Avqustun 15-də Alyaskada Trampla Putin görüşəcək. Çox güman ki, ABŞ Rusiyanın Ukraynada işğal etdiyi torpaqların uzun müddətə Rusiyada qalmasına razı olacaq. Bu Rusiyaya əl verir. Ona görə də, ABŞ ilə kəllə-kəlləyə gəlməmək üçün nisbətən az əhəmiyyətli olan məsələdə, yəni Cənubi Qafqaz məsələsində güzəştə gedir ki, özü üçün daha mühüm olan Ukrayna məsələsində müsbət nəticə əldə etsin. - İran prezidenti Məsud Pezeşkianın və xarici işlər naziri Abbas Əraqçinin açıqlamaları da göstərir ki, rəsmi Tehranla da bu məsələ əvvəlcədən danışılıb və onlara heç bir təhlükə olmadığı əmin edilib. Belə çıxır ki, İranın da maraqları tam nəzərə alınıb? - Buna əmin deyiləm. Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub. Tehrana zəmanət verilib ki, sənin şimala gedən yoluna heç bir maneə törədilməyəcək. Nəzərə almaq lazımdır ki, İran hazırda Qərbin maliyyələşdirdiyi və Ermənistan ərazisində icra edilən böyük bir yol tikintisində iştirak edir. Əgər ona belə bir zəmanət verilibsə, onda Məsud Pezeşkianın “Zəngəzur yolunun açılmasına etiraz etmirik” bəyanatını anlamaq olur. Onsuz da Araz çayının sağ sahili boyunca Ağbənddən Culfaya qədər dəmir və şosse yolları çəkir. Amma İran görsə ki, Ermənistan faktiki ABŞ-nin Cənubi Qafqazdakı bazasına çevrilir, o zaman Azərbaycanla münasibətləri daha da yaxşılaşdıra bilər. Bu zaman İran üçün dünyaya əsas çıxış qapısı Azərbaycan olacaq və kommunikasiya xətlərinin daha da genişləndirilməsi baş tutar. - Avqustun 15-də Putin və Tramp Alyaskada görüşəcək. Bu müzakirələr zamanı Vaşinqtonda əldə olunmuş ilə bağlı dəyişiklik gözlənilirmi? Siz bunu mümkün görürsünüzmü? - Mən bunu istisna edirəm. Alyaska görüşündə yalnız və yalnız bədbəxt Ukraynanın ərazilərinin aqibəti müzakirə olunacaq. Cənubi Qafqaz məsələsi artıq ABŞ tərəfindən həll edilib. Cənubi Qafqaz ABŞ-nin “arxa həyət”inə çevrilib. Rusiya ABŞ-nin bu regionda hərbi-siyasi nüfuzunun Qafqazda artırılması ilə razılaşıb. Bu məsələ yenidən müzakirəyə çıxarılmayacaq. Fikrimcə, ABŞ Ukrayna hesabına Rusiyaya böyük güzəştlər edəcək. Geri qayıt |