Əsas Səhifə > Güney Press > Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb
Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıbBu gün, 12:56 |
2025-ci ilin iyul ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 105 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib. Geri qayıt |