Əsas Səhifə > Güney Press > Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada…

Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada…


Bu gün, 13:06

“Görəsən, sülh sazişini tənqid edənlərin neçəsi döyüş vaxtı Hadrutda, Şuşada və ya Cermukda olub, şəhəri qorumağın çətinliyi hiss edib?”

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni ictimai xadim Daniel İoannisyan deyib.

“Neçəsi görüb ki, sülhün alternativi nədir? Və bu insanların təklifi nədir? Sadə həll yolları ilə Azərbaycandan güclü olmaq? Bağışlayın, Adolf Hitler də müharibənin sonunda möcüzəyə inanırdı.

Heç kimi müharibə ilə qorxutmaq istəmirəm, amma dəvəquşu kimi davranmaq və bu həqiqəti görməməzlikdən gəlmək olmaz.

Mən öz gözlərimlə Hadrut və Şuşanın tutulmasını, Cermuka yaxınlaşmanı görmüşəm. Artıq kifayətdir, mən daha bunu görmək istəmirəm. Artıq erməni şəhərini müdafiə etməkdə acizliyi hiss etmək istəmirəm”, – o qeyd edib.


Geri qayıt