Əsas Səhifə > Güney Press > "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"Bu gün, 13:50 |
"Çox xoşbəxt qadınam ki, mənə o yaşı vermirlər. Özüm boyda qızım var. Deyirlər, siz rəfiqəsiniz? Qızım deyir, o, artıq nənədir. Heç ana rolunu göstərə bilməmişəm, o da ola nənə... 20-30 il də bu cür qalacağam". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən deyib. Sənətçi formada qalmasından danışıb. Küsülü olduğu sənət adamlarından söz açan Fatimə "Xatun özü də başa düşdü ki, mənə qarşı düz etməyib. Oksana gözəl qız idi, səhnəyə gəldi. Nə etməli idi? Fatiməyə söz deməli idi. Sonradan etiraf etdi ki, onu da ətrafdan başa saldılar və mənə söz atdı. Qapım o xanıma da açıq idi. Gələndə çay da qabağına aparmışam. O qədər müğənnilər gəlib, orada müdir kimi özümü aparmamışam. Nazilənin belə qabağına çay aparmışam. Bu günə qədər danışmıram, amma haqqımda danışılır. Xına haqqında danışanda deyirlər, aş gətirdi, nə bilim nə... Canlı açıb danışıram, sonra özümə baxıb utanıram ki, olmaz". Geri qayıt |