Əsas Səhifə > Güney Press > Əliyev və Paşinyan ABŞ-da nələr edir?
Əliyev və Paşinyan ABŞ-da nələr edir?Bu gün, 13:01 |
“Vaşinqtonda olan Azərbaycan Prezidenti İlham Əliyev Trampla görüşdən əvvəl muzeylərə və zooparka baş çəkmir, yalnız və yalnız işləyir!” Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim və siyasətçi Edqar Qazaryan yazıb. “Avqustun 7-də Prezident İlham Əliyev Trampın xüsusi elçisi Stiven Uitkoffla görüşüb. Uitkoff bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb”, – o vurğulayıb. Qazaryan qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan isə həmin məqamda ABŞ-da muzeyləri, zooparkları gəzib, əyləncəli vaxt keçirib. Geri qayıt |