Əsas Səhifə > Güney Press > İran Bakıya görə taktikanı dəyişdi:
İran Bakıya görə taktikanı dəyişdi:Bu gün, 12:11 |
Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkianın yaxın iki həftə ərzində Ermənistana səfəri gözlənilir. Bununla yanaşı, onun Çinə səfəri də planlaşdırılıb. İranın xarici işlər naziri Abbas Araqçi Pezeşkianın xarici əlaqələri gücləndirmək üçün bundan öncə Azərbaycana, Qətərə, Omana və Pakistana səfər etdiyini, növbəti ünvanın Ermənistan olduğunu bildirib. Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı deyib ki, Pezeşkianın Azərbaycanla bağlı son çıxışı İranın xarici siyasətində dəyişiklik etmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirdi: “Pezeşkian yaxşı anlayır ki, İranın tutduğu mövqe, yəni regionda hadisələrə yalnız farsizm prizmasından yanaşaraq addımlar atması ölkəni Azərbaycandan uzaqlaşdırır. Bu da rəsmi Bakını regional təhlükələrə qarşı beynəlxalq tərəfdaşlıq zənciri qurmağa vadar edir. Ona görə də Pezeşkian İranın xarici siyasət kursunu tamamilə dəyişərək Azərbaycanı tərəfdaş ölkə kimi görmək istəyir. Vaşinqtonda baş tutacaq görüş isə İran üçün ciddi bir siqnal olmalıdır. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, mövcud problemlərin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır və bütün dövlətlərdən bu məsələyə anlayışla yanaşmalarını gözləyir”. Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton görüşündən sonra Pezeşkianın Ermənistana səfəri xüsusi məqsədlər daşıyır: “Pezeşkian yaxşı bilir ki, Ermənistan regionda ABŞ-ın maraqlarının əsas daşıyıcısına çevrilməkdədir. Azərbaycan isə İranın radikal addımlarına baxmayaraq ərazisini nə İsrailin, nə də digər ölkələrin İranı hədəf almaq üçün istifadə etməsinə icazə verib. Həmçinin Zəngəzurun Ermənistandan keçən hissəsinə ABŞ şirkətlərinin nəzarət etməsi ilə bağlı yayılan məlumatlar Tehranda ciddi narahatlıq yaradıb. Pezeşkian bu gün üçün Bakını deyil, İrəvanı əsas təhlükə kimi görür. İran prezidenti Vaşinqton görüşündə ölkəsinə qarşı real risklərin olub-olmadığına dair məlumat almağa çalışır. Məhz bu səbəbdən həmin səfər xüsusi əhəmiyyət daşıyır”. Geri qayıt |