Əsas Səhifə > Güney Press > “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır”

“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır”


Bu gün, 10:45

“Məhsul istehsal olunub bazara çıxarılmalıdır. Azərbaycanda bazar varmı? Bəli, var. Bakı bazarı, Sumqayıt bazarı və s. Yəni daxili bazar bu qədər məhsulu həzm edə bilər. Biri var Bakı bazarında 1.50 manata satılsın, biri də var ki, 50-60 qəpiyə satılsın. Mən sizi əmin edirəm, 50-60 qəpiyə istehsalçıya da sərf edər, istehlakçıya da”.

Xatırladaq ki, dünənki xəbərimizdə xaçmazlı fermerlərin becərdikləri pomidoru sata bilməməsindən bəhs etmişdik. Məsələ ilə bağlı Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun Yenisabah.az-a müsahibəsinin 2-ci hissəsini təqdim edirik:

“Bu mümkündürmü? Mümkündür. Bunun üçün hökumət Bakı şəhərində məhsul yığımı vaxtı 10-15 günlük, hətta 1 aylıq yarmarkalar təşkil etməlidir. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka kimi yox. Ora əsasən alverçilər yığılır”. Toyuqlu pizza

Ekspert qeyd edib ki, başlıca problem təşkilati məsələdədir:

“Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin bir nümayəndəsi gedib yerində istehsalçılara müraciət edə bilər ki, biz sizin üçün yerlər yaradırıq, gətirib sərf edən qiymətə satın. Belə olan təqdirdə istehsalçılar da ziyana məruz qalmaz, əksinə qazanc əldə edər. İstehlakçılar da alıb həmin pomidoru yaxud digər məhsulu qış mövsümünə bağlayıb saxlayarlar. Yəni burada problem təşkilati məsələdədir. Bu işi təşkil etmirlər. Ona görə də biz istehlakçılar da bundan əziyyət çəkirik, istehsalçılar da əziyyət çəkir. Problem bax budur”.


Geri qayıt