Əsas Səhifə > Güney Press > Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib7-08-2025, 08:21 |
ABŞ prezidenti Donald Tramp təsdiq edib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib. “Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb: “Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minib”, - deyə o bildirib. Trampın fikrincə, idxal tarifləri Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir ABŞ-la ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar cəlb edəcək. Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb. Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib. Geri qayıt |