Əsas Səhifə > Güney Press > FHN Akademiyasının tenderi ləğv edildi

FHN Akademiyasının tenderi ləğv edildi


Bu gün, 06:47

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası tərəfindən sair əşya və əmlakın satın alınması ilə bağlı elan edilən tender baş tutmayıb.

32gun.az xəbər verir ki, keçirilən satınalma proseduru "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Səbəb olaraq müsabiqəyə təklif verən malgöndərənlərin sayının qanunvericiliklə müəyyən edilən minimum həddən – üçdən az olması göstərilib. Bildirilib ki, yalnız iki şirkət həm təklif, həm də onun təminatını təqdim edib və tələb olunan hallarda müvafiq lisenziya və ya icazəyə malik olub.

Ehtimal olunan satınalma məbləği 210.789,30 AZN təşkil edirdi. Satın alınması nəzərdə tutulan mallar sırasında ayaq dəsmalı (iplik, 50x80 sm), hamam dəsmalı (xovlu, 80x160 sm), əl-üz dəsmalı, idman dəsti (qış), idman papağı, idman corabı və digər əşyalar yer alırdı.

Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.


Geri qayıt