Əsas Səhifə > Güney Press > Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb

Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb


Dünən, 16:56

Ermənistanda hərbçilər yol qəzasına düşüb.

APA Shamshyan.com saytına istinadən xəbər verir ki, yol qəzası günorta saatlarında Marqara-Vanadzor şossesində, Armavir vilayətinin Djrarat kəndi yaxınlığında baş verib.

“Nissan” və “QAZ-24” avtomobillərinin toqquşması nəticəsində bir erməni hərbçisi ölüb, daha üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müdafiə Nazirliyi məlumatı şərh etmir.


Geri qayıt