Əsas Səhifə > Güney Press > AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı

AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı


Dünən, 10:40

Mərkəzi Bank elan etdiyi tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, sözügedən tender dəftərxana mallarının satın alınması ilə bağlı keçirilib. Tenderin qalibi "Azimut Təchizat" MMC (VÖEN: 1306553451) olub.

Qalib şirkətlə ümumi dəyəri 92 311 manat olan müqavilə imzalanıb.

Qeyd edək ki, "Azimut Təchizat" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Gülnarə Cəfərova Zair qızıdır. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 8V, mənzil 5 ünvanında yerləşir.


Geri qayıt