Əsas Səhifə > Güney Press > Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki

Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki


Bu gün, 09:58

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.
Şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.
Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
Qafqazinfo

 



Geri qayıt