Əsas Səhifə > Güney Press > Mixail Qusman yeni vəzifəyə təyin olunub?

Mixail Qusman yeni vəzifəyə təyin olunub?


Dünən, 20:40

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Bu barədə Qusman Oxu.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil: "Bunlar hamısı saxtadır".

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.


Geri qayıt