Əsas Səhifə > Güney Press > Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı?
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı?Bu gün, 17:54 |
“Aqroservis” ASC elna etdiyi tenderin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, tenderin nəticəsinə əsasən, AO "Eurochem" (VÖEN: 7721230290) şirkəti qalib elan olunub. Tender nitroammofoska gübrəsinin alınması məqsədilə həyata keçirilib. Qalib şirkətlə 1 591 854 manat dəyərində müqavilə imzalanıb. Qeyd edək ki, AO "Eurochem" Rusiyada yerləşən və Avropanın ən böyük mineral gübrə istehsalçılarından biri olan EuroChem Group şirkətinə aid müəssisədir. Şirkət müxtəlif gübrə növlərinin istehsalı və ixracı üzrə ixtisaslaşıb, məhsulları dünyanın bir çox ölkələrinə satılır. AO “Eurochem”in baş ofisi Rusiya Federasiyasında yerləşir və şirkət 2001-ci ildə yaradılıb. AO "Eurochem" şirkəti "Aqroservis" ASC ilə daha əvvəl də əməkdaşlıq etmişdir. 9 oktyabr 2024-cü il tarixində yekunlaşmış tender çərçivəsində bu şirkət 4012 ton ammonium nitrat gübrəsinin tədarükü üzrə tenderin qalibi olmuşdu. Həmin müqavilənin ümumi dəyəri 1 537 749 manat təşkil etmişdi. Geri qayıt |