Əsas Səhifə > Güney Press > “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar:

“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar:


Bu gün, 17:38

“Ermənistanı sığortalamaq üçün bu hərbi təlimləri sülhməramlı adı altında keçirirlər”

Ermənistan ordusu ilə ABŞ ordusunun birgə hərbi təlimlərini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, bu addım İran və Rusiyanı qıcıqlandıracaq.

Məhərrəmov vurğulayıb ki, Ermənistan faktiki olaraq Rusiyadan uzaqlaşır, KTMT-də fəaliyyətini dayandırıb və həm Avropa İttifaqını, həm də ABŞ-ni öz ərazisinə dəvət edib. Ermənistan ərazisində Rusiyanın hərbi bazasının mövcudluğuna baxmayaraq, Rusiyanın təzyiqlərinin artacağı gözlənilir.

O qeyd edib ki, 12 günlük İsrail-İran toqquşmasından sonra məlum olub ki, Ermənistan ərazisindən Qərb ölkələri İrana qarşı kəşfiyyat işləri aparıb ki, bu da İranı narahat edir.

“Ermənistandakı keçirilən hərbi təlimlərin sülhməramlı məsələlərlə bağlı olduğu deyilir, amma hesab edirəm ki, indiki mərhələdə Ermənistanı sığortalamaq üçün bu təlimlər sülhməramlı adı altında həyata keçirilir”, – deyə ekspert əlavə edib.

Rusiya da Ermənistandakı hərbi bazasını gücləndirir və rəsmi xəbərdarlıqlar edir. Ekspert qeyd edib ki, bu proseslər uzun müddət davam edə bilməz və regionda gərginlik arta bilər.




Geri qayıt