Əsas Səhifə > Güney Press > Tramp-Putin görüşü Pekində reallaşa bilər

Tramp-Putin görüşü Pekində reallaşa bilər


Bu gün, 17:36

ABŞ-nın xüsusi elçisi Stiv Vitkoffun Moskvaya mümkün beşinci səfəri Vaşinqtonun Rusiya ilə dialoqu davam etdirmək istəyindən xəbər verir. Bu səfər ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüşə zəmin hazırlayır.

Reyting.az
xəbər verir ki, bunu “Podmoskovie seqodnya” internet nəşrinə müsahibəsində politoloq Yuri Svetov deyib.

Onun sözlərinə görə, Trampın avqustun 4-də mümkünlüyünü açıqladığı Vitkoffun səfəri liderlər arasında potensial dialoq üçün standart hazırlıqdır.

Svetov hesab edir ki, səfər zamanı xüsusi nümayəndə Yaxın Şərq münaqişəsi və Ukrayna məsələlərini müzakirə edəcək. Politoloq ABŞ-nın bu səfərə ciddi marağını görür və Vitkoffun marşrutunu (əvvəlcə Yaxın Şərq, sonra Rusiya Federasiyası) Vaşinqtonun müəyyən məsələlərdə Moskvanın köməyinə mümkün ehtiyacının əlaməti kimi qiymətləndirir.

Ekspert danışıqlar zamanı tərəflərin Putinlə Tramp arasında görüşlə bağlı da razılığa gələcəyini istisna etməyib. Onun fikrincə, belə bir görüşün Çində Yaponiya ilə müharibənin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbir ərəfəsində reallaşması mümkündür.

Onu da qeyd edək ki, bundan əvvəl senator Qriqori Krasin Stiv Vitkoffun Rusiyaya səfərinin məqsədini açıqlamışdı.


Geri qayıt