Əsas Səhifə > Güney Press > Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi?
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi?Bu gün, 17:12 |
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.
Mərasimdə yazıçının ailə üzvləri, sənət yoldaşları, deputatlar və ölkənin tanınmış ədəbi-ictimai xadimləri iştirak ediblər. Lakin Elçin Əfəndiyevin yaxın dostu, tanınmış yazıçı Əkrəm Əylislinin tədbirdə olmaması diqqət çəkib.
Sherg.az məsələ ilə bağlı Əkrəm Əylisli ilə əlaqə saxlayıb. Yazıçı səhhəti ilə əlaqədar evdən çıxa bilmədiyini söyləyib:
"Xəstəyəm, səhhətim dəfndə iştirak etməyimə icazə vermədi. Biz köhnə dostuq. Elçini uzun illərdir tanıyıram. Haqqında çox danışa bilərəm. Toyunda da iştirak etmişəm. İnsan olaraq mərifətli insan idi. Lakin uşaqlığından yanıqlı idi. Çox balaca vaxtında anasını itirmişdi. Ürəyində sınıqlıq var idi. Onun səsindəki titrəyiş anası rəhmətə gedən vaxtan qalmışdı. Xoşbəxt uşaqlıq keçirməmişdi. İlyas Əfəndiyev ona həm atalıq, həm də analıq edib. Hər birimizin xasiyyətində yaddaşımızdan keçən nüanslar var. Onun da yaddaşında bəzi kədərli şeylər var idi. İnsan olaraq təbii insan idi. Sünilik onun təbiətində yox idi".
Yazıçı dostunun vəfatından kədərləndiyini qeyd edib:
"Onun öz oxucu auditoriyası var. Elçin 82 yaş yaşadı. Həmin yaşacan onun xeyli oxucusu olub. Bundan sonra oxucuları sırasından qalanlar ya da gedənlər olacaqsa bu, nəsil dəyişdiyinə görə olacaq. Bunlar mürəkkəb məsələlərdir".
Geri qayıt |