Gənclər və İdman Nazirliyinin tabelyində fəaliyyət göstərən “Azəridmanservis” MMC “Amal Group” MMC (VÖEN – 1305578581) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.comxəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb. Müqavilənin şərtlərinə görə, “Amal Group” MMC nazirliyin sifarişi əsasında Qəbələ şəhər stadionunda cari təmir işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 149 min 947 manat 67 qəpik alacaq. Məlumat üçün bildirək ki, “Amal Group” MMC 9 iyul 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.
Geri qayıt
|