Əsas Səhifə > Güney Press > Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdiBu gün, 15:32 |
Ordubad rayonunda bir neçə kəndin yol infrastrukturunun yenilənməsi məqsədilə keçirilmiş tender prosedurları yekunlaşıb. "DİA-AZ" xəbər verir ki, Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən elan olunan və üç ayrı kənd qrupunu əhatə edən əsaslı yol təmiri layihələrinin hər biri üzrə qalib eyni şirkət olub – "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC (VÖEN: 0200024441).Tender nəticələrinə əsasən, Anabad və Gənzə kənddaxili avtomobil yollarının əsaslı təmiri layihəsi üzrə şirkətlə 2.768.677,2 manat, Kələntərdizə və Qoşadizə kəndlərinin yollarının təmiri üçün 1.246.538,69 manat, Aza və Darkənd kəndlərinə aid yol infrastrukturunun bərpası üçün isə 1.200.265 manat məbləğində müqavilələr imzalanıb. Beləliklə, ümumilikdə üç tenderin cəmi dəyəri 5.215.480,89 manat təşkil edir. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Qeyd edək ki, "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 1.400 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Cəfər Muxtərov Məhərrəm oğludur. Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 12 ünvanında yerləşir. Geri qayıt |