Əsas Səhifə > Güney Press > SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA:
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA:Bu gün, 12:33 |
İranın Şərqi Azərbaycan vilayəti üzrə SEPAH nümayəndəsi Höccətülislam Əbdülrəhim Nəcəfqolizadə Saraei qalmaqallı bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, o, İsrailin Azərbaycan ərazisində – Xudafərin rayonunda, Aşəloğlu kəndinin qarşısında yerləşən ərazidə böyük hava limanı inşa etdiyini və oradan Təl-Əviv istiqamətində gündəlik uçuşların həyata keçirildiyini iddia edib. O bildirib ki, ərazi İran sərhədindən cəmi 17 km aralıdadır. Bu açıqlama İran mediasında, o cümlədən “Tasnim” agentliyi vasitəsilə yayılıb. Lakin açıq mənbələrdə və beynəlxalq mediada bu iddianı təsdiqləyən hər hansı rəsmi və ya vizual sübut mövcud deyil. Geri qayıt |