Əsas Səhifə > Güney Press > Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı

Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı


Bu gün, 09:41

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Habil Səttarovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə bu il Bakı şəhəri, Xətai
rayonu ərazisində yerləşən mənzillərin birində qeydə alınıb.

Belə ki, Habil Səttarov mənzilin qonaq otağında tanışı, zərərçəkmiş Malik Ədilovla (adı, soyadı şərtidir) yemək
yeyib spirtli içki qəbul edib, sərxoş olub. Bu zaman zərərçəkmiş onun ünvanına nalayiq ifadələr işlədib və onlar arasında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı
təqsirləndirilən şəxs stulun üzərindən götürdüyü mətbəx bıçağı ilə bir dəfə zərərçəkmiş şəxsin döş nahiyəsinə vurub, bədən xəsarəti yetirib.

Hadisədən sonra Habil Səttarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

BakıAğır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt