Əsas Səhifə > Güney Press > Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb

Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb


Bu gün, 06:09

Ukraynanın cənubundakı Odessada partlayış səsləri eşidilib.

APA xəbər verir ki, bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib.

“Şəhərdə partlayış səsləri eşidilir”, - o, “Telegram” kanalında yazıb.

Dron qruplarının Odessaya Qara dənizdən uçduğu bildirilir.

Avqustun 4-nə keçən gecə Ukraynanın həmçinin Jitomir, Sumı, Çerniqov, Xarkov, Poltava, Çerkassi, Kiyev vilayətləri, Qara dəniz-tomir bölgəsinin mərkəzi hissəsində PUA hücumları qeydə alınıb, hava hücumu sirenaları səslənib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Ukrayna ordusu Rusiyanın “İsgəndər-M” ballistik raketi də daxil olmaqla 61 hava hədəfini vura bilib.


Geri qayıt