Əsas Səhifə > Güney Press > Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldıBu gün, 16:13 |
Avqustun 2-də Türkiyənin Kilis şəhərində bölgənin enerji və diplomatiya tarixində yeni səhifə açan bir mərasim baş tutdu. Azərbaycanın təbii qazının ilk dəfə olaraq Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə start verildi. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın mərasimdə qeyd edib ki, bu, yalnız bir boru kəmərinin açılışı deyil, eyni zamanda Türkiyə, Azərbaycan və Suriya arasında əməkdaşlığın enerji vasitəsilə gerçəkləşən nadir bir nümunəsidir. Məlumata görə, SOCAR-la razılaşdırılmış “swap” mexanizmi sayəsində Azərbaycan qazı Türkiyənin Kilis vilayətindəki “Yavuzlu Ölçmə” Stansiyasından Suriyanın Hələb və Homs şəhərlərinə ötürüləcək. Burada məqsəd təkcə enerji təminatı deyil, həm də Suriyanın dağıdılmış enerji infrastrukturunun bərpası və bölgədə həyatın normallaşmasına dəstək verməkdir. Gündəlik 6 milyon kubmetr qaz axını ilə 1200 meqavatlıq elektrik istehsalı hədəflənir. Bu da həm Suriyanın enerji sabitliyinə töhfə verəcək, həm də regionda sosial-iqtisadi reabilitasiyanı sürətləndirəcək. Bu mühüm enerji əməkdaşlığı həm də Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqazdan kənara – Yaxın Şərqə doğru genişləndiyini göstərir. Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəql olunması, sadəcə enerji layihəsi deyil, bölgədə dəyişən geosiyasi dinamikanın təzahürüdür: “Azərbaycanın artan geosiyasi çəkisi artıq Cənubi Qafqaza sığmır. Bakı arealı genişləndirir. Suriya Azərbaycanın enerji siyasətində mühüm rol oynaya bilər. Çünki bu ölkənin üzləşdiyi uzunmüddətli müharibə bir çox sahənin çökməsinə səbəb olub. Bakı yenidənqurma istiqamətində Dəməşqlə əməkdaşlıq edə bilər. Azərbaycan qazı ilk dəfədir ki, Yaxın Şərq kimi mürəkkəb və strateji baxımdan həssas bir coğrafiyaya daxil olur. Türkiyənin bu layihədə tranzit ölkə kimi rolu isə onun “enerji qovşağı” olma iddiasını praktik addımlarla təsdiqləmək cəhdidir. Ankaranın Suriya ilə münasibətlərində buzları əritməsi əməkdaşlığın genişləndirməsini zəruri edir. Digər tərəfdən, bu xəttin açılışında Azərbaycanın iqtisadiyyat naziri ilə yanaşı, Suriyanın enerji naziri və Qətər İnkişaf Fondunun rəhbərinin iştirak etməsi regionda həm də bir islam birliyinin təsis edildiyin göstərir”. Qeyd edək ki, dahi Azərbaycan şairi, dövrünün görkəmli mütəfəkki İmadəddin Nəsimi 1417-ci ildə Hələb şəhərində dünyasını dəyişib. Geri qayıt |