Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı?

Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı?


Bu gün, 15:36

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinin təchizatı ilə bağlı iri məbləğli tenderi yekunlaşdırıb.

"DİA-AZ" xəbər verir ki, tender çərçivəsində bağçalar üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması nəzərdə tutulub.

"Vest-Ltd" QSC tenderin qalibi olub və dövlət qurumu ilə 4 474 916 AZN dəyərində müqavilə imzalayıb.

Eyni zamanda qeyd edək ki, "Vest-LTD" QSC 2025-ci il ərzində digər iri məbləğli dövlət satınalmalarında da qalib olub. Məsələn, 30 iyul 2025-ci il tarixində yenə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən və məktəbəqədər təhsil müəssisələrinə müxtəlif digər malların satınalınmasını əhatə edən tenderin qalibi olaraq, şirkətlə 1 705 870 AZN dəyərində müqavilə bağlanmışdır.

Bundan daha əvvəl, 16 yanvar 2025-ci il tarixində isə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən elan olunan, Yasamal rayonunda – Mərkəzi parkın davamı kimi nəzərdə tutulan ərazilərin abadlaşdırılması üzrə tenderdə də “Vest-LTD” qalib seçilmişdir. Həmin tenderin dəyəri isə 37 230 106 AZN təşkil edir.

Qeyd edək ki, “Vest-Ltd” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur. Hüquqi ünvanı AZ1134, Bakı Şəhəri Binəqədi Rayonu, Cavad Xan, ev 51, m. 46 ünvanında yerləşir.


Geri qayıt