Əsas Səhifə > Güney Press > “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyasıDünən, 12:32 |
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı avtomobil kolleksiyası üzə çıxıb. “Unikal”ın əldə etdiyi məlumata görə, şirkət rəhbərinin və həyat yoldaşı Fidan İbrahimovanın hər birinin dəyəri yarım milyon manatlıq (təxminən 500 min manat) olan avtomobilləri var. F.İbrahimovaya “99-AA-615″ seriya nömrəli “Mercedes Galenvagen” məxsusdur. Kamal İbrahimovun isə “Range Rover”, son model “Rolls Royce”, “Bentley S Class”, “Mercedes Galenvagen” markalı avtomobil kolleksiyası var. Qeyd edək ki, Kamal İbrahimov iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxınlığı ilə tanınır. O, eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovun dostudur. Fotoda: Fidan İbrahimovanın avtomobili
Xatırladaq ki, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan “Mersedes G63 AMC İNCAS” maşını gətizdirməsi ilə gündəmə gəlmişdi. Bu maşının bir özəlliyi də onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10 AH 784 dövlət qeydiyyat nişanını sifariş edib. İş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür. Geri qayıt |