Əsas Səhifə > Güney Press > Krım türkləri Moskvanı yandırdı...
Krım türkləri Moskvanı yandırdı...Bu gün, 11:28 |
Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə yayımladığı qısa, lakin çox mənalı mesajla Rusiyanın tarixi keçmişinə və bugünkü işğalçılıq siyasətinə sərt eyham vurub: “1700-cü ilə qədər Moskva Krım xanına xərac verirdi… qısaca “ponaexavşiy” (gəlmələr) haqqında”. Bu mesaj həm Rusiyanın imperiya təfəkkürünə, həm də hazırda Krımda baş verənlərə tarixi kontekstdə kəskin bir cavab kimi qiymətləndirilir. Çünki bu gün Krım üzərində nəzarətə iddialı olan Rusiya, bir vaxtlar bu ərazinin sahiblərinə boyun əyirdi.
2014-cü ildə Rusiya beynəlxalq hüququ açıq şəkildə pozaraq Krım yarımadasını işğal etdi və ilhaq etdiyini elan etdi. Ukrayna bu addımı tanımadı və bu günədək Krımın geri qaytarılması ilə bağlı mübarizəsini davam etdirir. Azərbaycan və Türkiyə də daxil olmaqla bir çox dövlətlər, o cümlədən Avropa İttifaqı və NATO ölkələri Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi kimi tanımağa davam edir. Rusiya isə bölgədə hərbi bazalar qurur, əhalinin tərkibini dəyişdirir və Krımı geosiyasi rıçaq kimi istifadə edir.
Bu səbəbdən Azərbaycanın sabiq xarici işlər nazirinin paylaşımı yalnız keçmişin xatırlatması deyil, həm də bugünkü beynəlxalq hüquq və tarixi ədalət mübarizəsinə dəstək xarakteri daşıyır. Musavat.com Geri qayıt |