Əsas Səhifə > Güney Press > İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib31-07-2025, 15:53 |
İsveç krallığın Minskdəki keçmiş səfiri Kristina Yohannessonu Moskvaya yeni səfir təyin edib. “Report” xarici KİV-ə xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Hökumət Kristina Yohannessonu Moskvada səfir təyin edib. O, payızda işə başlayacaq", - məlumatda qeyd olunub. Daha əvvəl K.Yohannesson Sankt-Peterburqdakı baş konsulluqda, Moskvadakı səfirlikdə və Avropa İttifaqının Brüsseldəki nümayəndəliyində işləyib. Hazırda o, ölkənin Xarici İşlər Nazirliyində Şərq Tərəfdaşlığı ilə bağlı məsələlərlə məşğul olur. Geri qayıt |