Əsas Səhifə > Güney Press > Corab satan aktyorun 2 evi varmış:

Corab satan aktyorun 2 evi varmış:


31-07-2025, 15:11

Məlum olduğu kimi, tanınmış aktyor Allahverdi Yolçuyevin sosial şəbəkələrdə corab satmağı ilə bağlı yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Ardınca onun işlə təmin edilməsi ilə bağlı xəbərlər yayılsa da, aktyor bu məlumatları təkzib edib. Daha sonra Allahverdi Yolçuyevin aparıcı Tarix Əliyevin verilişində iki evinin olduğunu və hər hansı ehtiyacının olmadığını bildirməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və reaksiyaya yol açıb.

Məsələ ilə bağlı Allahverdi Yolçuyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, sözügedən evdə 15 nəfər ailə üzvü yaşayır:

“İki ev deyəndə, həmin evlərdə 15 nəfər yaşayır. Qayınanam, baldızım, qızlar, nəvələr... “Varovski”də 2 evdir. Onları satıb bu qədər adam küçədə qalaq? Elə şey olar?”


Geri qayıt