Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək
Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək30-07-2025, 13:06 |
“Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin açılması ilə bağlı yeni informasiya kampaniyasına başlayıb”. Teleqraf xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib. “Ermənistan hakimiyyəti erməni əhalisini Sünik (Qərbi Zəngəzur) vasitəsilə Türkiyə və Azərbaycana dəhliz verməyə hazırlamaq məqsədi daşıyan informasiya kampaniyasının yeni mərhələsinə başlayıb. Ölkənin ali rəhbərləri tərəfindən iki tezis irəli sürülür. Birinci ondan ibarətdir ki, Sünik qapılarının (dəhliz) açılması ölkənin iqtisadi inkişafı üçün perspektivlər verəcək. İkinci tezis odur ki, əgər söhbət Sünik yolunun açılmasından gedirsə, “dəhliz” ifadəsinə allergiyaya ehtiyac yoxdur”, - ekspert bildirib. Abovyanın iddiasına görə, İrəvan dəhlizə çıxış-girişə nəzarəti ABŞ və ya Avropanın logistika şirkətləri vasitəsilə Türkiyə və Azərbaycana təhvil vermək niyyətindədir. Xatırladaq ki, bundan əvvəl Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Qərbi Zəngəzurdan keçəcək yolların açılması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, yolların açılması Ermənistanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək: “Sünik Ermənistanın gələcək perspektivi üçün inkişaf qapılarına çevriləcək, əgər biz o qapıları (Mehri hissəsini nəzərdə tutur – red.) aça bilsək, gələcək bizə inkişaf baxımından böyük imkanlar verəcək”. Geri qayıt |