Əsas Səhifə > Güney Press > Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı30-07-2025, 12:42 |
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə də Azərbaycan mətbuatında Rusiyaya bağlı agentura şəbəkəsinin olmasına dair xəbərlər yayılmağa başladı. Məsələ iyulun 24-ü Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi ilə başladı. Yayılan xəbərlərə görə, sözügedən şəbəkənin rəhbəri Ramiz Mehdiyev, eləcə də digər üzvlər ordu rəhbəri olmuş Nəcməddin Sadıqov, Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Azad Rəhimov, Eldar Mahmudovdur. Adıçəkilən şəxslərin hər biri Azərbaycanda vəzifədən uzaqlaşdırılan şəxslərdir. Eyni zamanda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Eləcə də Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun vəzifəsindən azad edilməsi və bu kontekstdə keçmiş deputat Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilir. Hətta E.Mirbəşirin Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırılmasından danışılıb. Bildirilir ki, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil, Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlərdir. Gununsesi.info Elşad Mirbəşiroğlunun məsələ ilə bağlı fikirlərini öyrənib. O, barəsində səslənən bu məlumatların absurd, yalan, şər olduğunu bildirib: “Eyni zamanda bu mənə qarşı xüsusi olaraq təşkil edilən kampaniyadır. O, eyni zamanda bildirib ki, Rusiya ilə aramızda olan strateji müttədiqlik sazişinin olmasını heç kəs unutmamalıdır: “Azərbaycanla Rusiyanın strateji müttəfiqlik sazişinin olmasını heç kəs unutmamalıdır. Mən hər zaman Rusiya ilə bağlı möveyimi onunla əsaslandırmışam ki, Azərbaycan bütün qonşu dövlətlərlə sülh, əməkdaşlıq şəraitində münasibətlər qurur. Bununla yanaşı, Rusiyada çoxsaylı soydaşımız yaşayır, orada həyatlarını, fəaliyyətlərini qurublar” Geri qayıt |