Əsas Səhifə > Güney Press > Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldı
Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldıDünən, 10:32 |
İki ayrı-ayrı dövlət qurumunun elan etdiyi tenderlər ləğv olunub. "DİA-AZ" xəbər verir ki, ləğv edilən tenderlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə aiddir.Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki Mərkəzlər üçün dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə elan edilmiş tenderin ehtimal olunan qiyməti 256.843,99 AZN olub. Müsabiqə 23 may 2025-ci il saat 19:30-da dərc edilmiş, təkliflərin qəbulu 20 iyun 2025-ci il saat 12:00-da başa çatmalı idi. Zərflərin açılışı da həmin gün və saatda nəzərdə tutulmuşdu. Lakin 29 iyul 2025-ci il tarixində tenderin nəzarət orqanının qərarı ilə ləğv edildiyi bildirilib. Rəsmi sənəddə qeyd olunub ki, “satınalmanın 1 iş günü ərzində ləğv edilməsini xahiş edirik”. Beləliklə, hər iki tender ya qanunvericilikdəki texniki səbəblərə, ya da nəzarət orqanlarının müdaxiləsinə əsasən dayandırılıb. Satınalma planlarının yenidən elan ediləcəyi və ya dəyişdiriləcəyi ilə bağlı hələlik əlavə məlumat təqdim olunmayıb. Geri qayıt |