Əsas Səhifə > Güney Press > Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi

Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi


Dünən, 09:39

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Zaur Babayev tanışı, zərərçəkmiş Bakir Əlizadənin (adı, soyadı şərtidir) etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyinə dair yalan vəd verib. O, 2024-cü ilin may ayının əvvəllərində zərərçəkmiş şəxsdən ümumilikdə 600 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Xatırlatma: Cinayət materiallarında Zaur Babayevin fərdi qaydada repetitor işlədiyi qeyd edilib. Bakir Əlizadə isə TIR sürücüsü olub.


Geri qayıt