
Əməkdar artist Fərqanə Qasımova ilə Avroviziya qalibimiz Nigar Camal arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, buna səbəb F. Qasımovanın Nigarın fetsivaldakı geyimi ilə bağlı səsləndirdiyi fikirlərə yazdığı şərh olub.
Belə ki, F, Qasımova “axsam.az”ın instaqram hesabında Nigar üçün “Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır - türk qardaşlarımız demişkən”, - deyə, rəy bildirib.
Bundan sonra Nigar öz səhifəsində F. Qasımovaya cavab verib:
“Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucaya qaldırmaqla tanınmışam. Bunu da uca Azərbaycan Dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Mən səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz.
Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur.
Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.


Geri qayıt
|