Əsas Səhifə > Güney Press > Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi
Gəncədə şəhid plakatlarının söküntüsünə start verildiDünən, 12:43 |
Gəncənin girişində magistral yolun kənarları ilə quraşdırılan şəhidlərin plakatlarının söküntüsünə başlanılıb. Gununsesi.info-nun Gəncə Bürosu xəbər verir ki, bir neçə ay əvvəl bu məsələ gündəmə gəlsə də ciddi narazılıqla qarşılanmışdı. Həmin zaman yerli icra hakimiyyəti məsələni gündəmdən çıxarsa da lakin iyulun 28-dən söküntüyə start verilib. Şəhid ailələrindən bir neçəsi buna qarşı çıxsa da, lakin icra hakimiyyətinin kommunal təsərrüfat qurumları həmin plakatları söküb. Xatırladaq ki, Gəncənin girişində Birinci və İkinci Qarabağ Müharibəsinin şəhidlərinin plakatları vurulmuşdu. İddialara görə şəhər icra hakimiyyəti bunu Gəncədə təşkil olunacaq MBD Oyunları ilə əlaqələndirib. Geri qayıt |