Əsas Səhifə > Güney Press > BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR...
BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR...Bu gün, 12:33 |
“Rusiya Qroznıy səmasında təyyarəmizin vurulması nəticəsində çoxsaylı insanın ölümünə görə məsuliyyəti öz üzərinə götürdüyünü və müvafiq addımlar atacağı ilə bağlı rəsmi açıqlama vermədi. Buna baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev Amur vilayətində çoxsaylı insan ölümü ilə nəticələnən təyyarə qəzasına görə Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verdi. Bu, çox ədalətli və humanist bir addımdır. Prezident İlham Əliyev dünya səviyyəli təcrübəli bir diplomat və liderdir. Ölkə başçımızın siyasəti qonşularımızla münasibətlərin normallaşdırlması, regionda sülh və əməkdaşlığın genişləndirlməsi üzərində qurulub. Amma çox təəssüf ki, bəzi hallarda qonşularımız dövlət başçımızın apardığı siyasətə adekvat cavab vermirlər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. “Biz heç kimə faciə arzulamırıq. Amma belə faciələr baş verəndə dövlətlər buna ədalətli yanaşmalı və münasibətini bildirməlidirlər. Bu baxımdan, Rusiyaya başsağlığı verilməsini Azərbaycanın böyüklüyünün göstəricisi hesab edirəm. Azərbaycanla Rusiya arasında münasibətlər gərgin bir dövrünü yaşayır. Hesab edirəm ki, münasibətlərin gərginləşməsinə aparan səbəblərin aradan qaldırılması üçün Ruisya müvafiq addımlar atacaq və iki ölkə arsında yenidən normallaşma mərhələsi bərpa olunacaq. Çünki Rusiya üçün Azərbaycan kimi etibarlı bir qonşunu və tərəfdaşı itirmək heç də arzuolunan deyil. Prezident Vladimir Putinin Rusiyanın daxilində Azərbaycanla münasibətləri pozmağa çalışan qüvvələrə yerini göstərəcəyinə və təyyarəmizin vurulmasına görə də müvafiq addımların atacağına ümid edirik...” – deputat bildirib. Geri qayıt |