Əsas Səhifə > Güney Press > Bakıda qalmaqallı məhkəmə başlayır:

Bakıda qalmaqallı məhkəmə başlayır:


Bu gün, 12:26

Bakı Ağır Cinayətlər Məhkəməsində qalmaqallı məhkəmə prosesi başlayır.

“Cebheinfo.az” xəbər verir ki, yüzlərlə insanın qızıllarını mənimsəyərək geri qaytarmayan “Lombard Xəyal” işi üzrə (Təqsirləndirilən şəxs Abuzərli Fərid Əlmusa oğlu) məhkəmə baxışı təyin olunub.

Zərərçəkənlər arasında tanınmış müğənni Elza Seyidcahan, “Cümhuriyət”“Cebhe.info”-nun redaktoru Elnarə Kərimova da var. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Xatırladaq ki, "Nizami" metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər.

Qızıllarını heç bir şəkildə ala bilməyən insanlar Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.

Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər də var.

Çoxsaylı şikayətlərin ardından sözügedən lombardın qapısı bağlansa da, uzun müddət həftədə bir dəfə fəaliyyət göstərdiyi müşahidə olunub. Maraqlısı isə budur ki, lombard aylıq kredit ödənişlərini qəbul etməyə və açıq olduğu günlər hər şeydən xəbərsiz lombarda üz tutan yeni müştərilərdən qızıl qəbulunu davam etdirib. Yasamal Rayon Prokurluğunda aparılan araşdırmadan sonra iş məhkəməyə təqdim olunub.


Geri qayıt