Əsas Səhifə > Güney Press > Rusiyanın Sovetdən qalma silahları tükəndi

Rusiyanın Sovetdən qalma silahları tükəndi


Bu gün, 12:24

Rusiya SSRİ dövründən qalma silah ehtiyatlarını Ukrayna ilə müharibədə tükəndirib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, Rusiyanın əsas anbarlarından tədarük 2022-ci ildəki 242 min tondan 2025-ci ilin sonuna qədər 119 min tona qədər azalacaq. Nəşrin fikrincə, bu, resursların tükəndiyini göstərir.

Rusiya 2022-ci ildən T-72, T-80 və hətta T-54 tankları da daxil olmaqla, istismardan çıxarılan avadanlıqları fəal şəkildə istifadəyə verir.

Mənbənin fikrincə, Rusiya getdikcə xarici təchizatçılardan asılı vəziyyətə düşür:

“2024-cü ildə partlayıcı maddələrin 52 faizi Şimali Koreyadan gətirilib. Müharibədən əvvəl buradan, ümumiyyətlə, təchizat olmayıb. Ümumilikdə Şimali Koreyadan Rusiyaya 250 min ton yük göndərilib.

Ukrayna kəşfiyyatına görə, Rusiya ordusunun döyüş sursatlarının 40 faizi Şimali Koreya mənşəlidir.

Həmçinin İrandan Rusiyaya 13 000 ton partlayıcı maddə göndərilib.

Çin rəsmi olaraq Rusiyaya ölümcül yardım göstərməsə də, analitiklər Pekinin ölkənin müdafiə sənayesi üçün əsas təchizatçıya çevrildiyini iddia edirlər. 2021-ci ildən bəri Çinin sərhəd bölgələrindən Rusiya hərbi müəssisələrinə tədarükün həcmi iki dəfə artaraq 3 milyon tondan çox olub.

“Çin Rusiyanın hərbi maşınının fəaliyyətini dəstəkləmək üçün lazım olan avadanlıq və komponentləri tədarük edir”, - nəşr vurğulayıb.


Geri qayıt