Əsas Səhifə > Güney Press > Paşinyan böyük savaşa HAZIRLAŞIR

Paşinyan böyük savaşa HAZIRLAŞIR


Bu gün, 11:49

Ermənistanda iqtidarla kilsə gərginliyi davam edir. Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları bu gərginliyi daha da artırıb.

Bizim.Media xəbər verir ki, baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc edib.

“Patriarxın iqamətgahının Ktriç Nersisyandan azad edilməsi, ilk növbədə, mənəvi gündəmdir, kilsəmizin yenilənməsinin gündəmidir və kilsənin, dövlətimizin və cəmiyyətimizin vasitəsilə özümüzün yenilənməsi, dövlətimizdə mənəvi həyat səviyyəsinin bərqərar olması üçün bir gündəmdir. İndiki rəhbərliklə Erməni Apostol Kilsəsinin sosial və mənəvi standartlarna çevrilməsi çətin, hətta qeyri-mümkündür. Kilsə rəhbərliyi əcdadlarımızdan bizə ötürülən standarta əməl etməzsə, bu, eyni zamanda vətənsizliyin nəticəsi olacaq”, - deyə Nikol Paşinyan bildirib.

Xüsusən Qərbdən və Rusiyadan maliyələşən kilsənin sonrakı aqibəti nə olacaq?

Heç kimə sirr deyil ki, Erməni Kilsəsi müxalifətin əlində bir alətdir. Bununla yanaşı erməni diasporuda Ermənistanda kilsə sayəsində at oynadır. Bu məqamda Nikol Paşinyan şübhəsiz ki, ciddi mübarizə astanasındadır.

Sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan Bizim.Media-ya açıqlamasında Ermənistan hakimiyyəti və kilsə arasındakı gərginliyi şərh edib.

O bildirib ki, Paşinyan ciddi savaşa hazırlaşır və Ermənistanı xilas etmək üçün bu mübarizə qaçınılmazdır:

“Yəqin ki, terminlərin dəqiqləşdirilməsindən başlamaq lazımdır, çünki bu, əsas əhəmiyyət daşıyır. Nikol Paşinyan kilsəyə qarşı çıxmır — yalnız bəzi ruhanilərə qarşı çıxır. Baş nazirin fikrincə və obyektiv müşahidələrə əsasən, bu şəxslər mütəmadi olaraq kilsə qanunlarını, cinayət qanunvericiliyini və Ermənistan Konstitusiyasının bəzi maddələrini pozurlar.

Məsələ ondadır ki, bu pozuntuları yalnız Paşinyan deyil, bütün cəmiyyət də görür və qəbul edir. Cəmiyyət bu şəxsləri yaxşı tanıyır, onların mövqelərindən və davranışlarından xəbərdardır və buna görə də Ermənistan Apostol Kilsəsini layiq olmayan şəxslərdən təmizləmək təşəbbüsündə Paşinyanı əksəriyyət dəstəkləyir. Bu səbəbdən, cəmiyyət Paşinyanın bu addımlarını problem kimi qəbul etmir və onunla həmrəydir”.

Verdyan hesab edir ki, kilsə islahatları siyasi xarakter daşıyır:

“Hər şey o vaxta qədər normal idi ki, kilsə nümayəndələri siyasətə qarışmağa, legitim baş nazirin istefasını tələb etməyə, onu zorakı yolla devirməyə çağırmağa və genişmiqyaslı terror aktına hazırlıq görməyə başladılar. Nikol Paşinyan bu şəxslərin ölkənin dövlət quruluşuna real təhlükə yaratdığını anladığı anda, vəziyyəti nəzarətə götürmək və katolikosu devirmək hərəkatına şəxsən rəhbərlik etmək qərarına gəldi.

Burada qeyd etmək vacibdir ki, 2018–2019-cu illərdə də II Qareginin devrilməsi üçün ictimai təşəbbüs yaranmışdı, lakin həmin dövrdə baş nazir bu təşəbbüsü dəstəkləməmişdi, düşünürdü ki, dövlət kilsə işlərinə qarışmamalıdır. Amma kilsə dövlət işlərinə qarışdığı andan etibarən, sərt cavab verildi — və biz bu cavabı bu gün müşahidə edirik”, - deyə İ.Verdyan deyib.


Hər bir halda, Paşinyanın apardığı mübarizə Ermənistan xalqının nağıllardan oyanmasına, inkişafa hesablanmış görünür. Lakin bu mübarizə Nikolun da bundan sonrakı taleyinə təsirsiz ötüşməyəcək.


Geri qayıt