Əsas Səhifə > Güney Press > Şirvan Şəhər İşıqları İdarəsi bəzi xərclərini kəskin artırıb

Şirvan Şəhər İşıqları İdarəsi bəzi xərclərini kəskin artırıb


Bu gün, 09:35

Şirvan Şəhər İşıqları İdarəsi küçə və prospektlərin işıqlandırılmasına çəkdiyi xərcləri kəskin artırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artım idarənin fəaliyyətindəki bir neçə sahəni əhatə edib.

Belə ki, İdarə elektrik avadanlıqları, mal materialları və dəstləşdiricilərinin satınalınmasına xərclədiyi vəsaiti ötən illə müqayisədə 8,75% artırıb. Bundan əlavə, İdarə dəftərxana və təsərrüfat mallarının satın alınmasına ayırdığı xərclərini də 80,6% artırıb.

Amma bununla yanaşı qurumun nəqliyyat vasitələri üçün ehtiyyat hissələri, sürtkü materialları və təmir xərcləri 42%, işçilər üçün xüsusi geyimlərə (fəhlə geyimlər) çəkdiyi xərcləri isə 75,84% azaldılıb.


Geri qayıt