Əsas Səhifə > Güney Press > Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz

Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz


Bu gün, 01:11

Gəncədə təxminən dörd gün öncə yol-nəqliyyat hadiəsəsi zamanı xəsarət alan 1989-cu il təvəllüdlü Ayaz Məmmədov xəstəxanada dünyasını dəyişsə də, onun meyiti hələ də yaxınlarına verilmir.

Mərhumun qaynı Elçin Böyükkişiyev Teleqraf-ın yerli bürosuna bildirib ki, onlara A. Məmmədovun vəfat etməsi və onun nəşinin "DNK Hospital" özəl tibb müəssisəsindən götürülməsi ilə bağlı zəng olunub. Lakin sonradan tibb müəssisəsindən bildirilib ki, xəstə ölməyib və onu yaxınlarına təhvil verə bilməzlər

"İyul ayının 24-ü hadisə baş verib. Təxminən 4-min manat sığorta ödənişi edilib. 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəldi ki, Ayaz Məmmədov dünyasını dəyişib, gəlin aparın. Sonradan isə deyirlər ki, ölməyib sağdır. Xəstəxanada olan qohumlar Ayazın öldüyünü təsdiqləsələr də, klinika meyiit bizə verimir" - deyə E. Böyükkişiyev bildirib.

Bu gün axşam tibb müəssisənin qarşısına mərhumun yaxınları toplaşıb və yaranan vəziyyətə etiraz ediblər.

Məlumat üçün onu da bildirək ki, A. Məmmədovun iyul ayının 24-ü yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.



Geri qayıt