Əsas Səhifə > Güney Press > Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDIBu gün, 05:50 |
Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib. "DİA-AZ" Bakupost-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb. 1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub. Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar. Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir. Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir. Faktla bağlı araşdırma aparılır. Fotoda: Nadir Səfərov
Geri qayıt |