Əsas Səhifə > Güney Press > Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşımDünən, 18:01 |
AFFA tərəfindən hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyev feysbuk hesabındakı paylaşımı ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, o, Hakimlər Komitəsini tənqid edib: “İlk növbədə hakim yoldaşlarıma bildirmək istəyirəm ki, sağolsunlar mənimlə sona qədər bir yerdə “vuruşdular”. Amma Hakimlər Komitəsi olaraq siz qorxaq çıxdınız. Nüfuzlu olaraq başlamışdınız, amma nüfuzsuz oldunuz. AFFA-ya da sonsuz təşəkkür edirəm. Bu vaxta kimi bir qabdan yemək yedik. Hakimlər Komitəsi biləsiniz ki, hakimlər sizin nağıllarınıza inanmayacaq bundan sonra”. Geri qayıt |