Əsas Səhifə > Güney Press > “Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır
“Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılırDünən, 12:48 |
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom” MMC-nin müraciəti əsasında “Adanet” MMC barəsində araşdırmaya başlayıb. "DİA-AZ" xəbər verir ki, şikayət haqsız rəqabətə yol verilməsi iddiaları ilə bağlıdır.Bildirilir ki, “Adanet” MMC tərəfindən rəqabət qanunvericiliyinin tələbləri pozulub. Məhz bu səbəbdən Agentlik məsələyə müdaxilə edərək araşdırmalara start verib. Hazırda araşdırma prosesi davam edir. Yekun qərarın nə olacağı və qanun pozuntusunun olub-olmadığı aparılan qiymətləndirmələrdən sonra məlum olacaq. Geri qayıt |