Əsas Səhifə > Güney Press > Ukrayna üçün Qarabağ ssenarisi?
Ukrayna üçün Qarabağ ssenarisi?Dünən, 10:48 |
İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının son raundu da əvvəlkilər kimi heç bir ciddi razılaşma ilə nəticələnməyib. Tərəflər yalnız əsirlərin – bu dəfə təkcə hərbçilərin deyil, həm də mülki şəxslərin mübadiləsi məsələsində razılıq əldə ediblər. Bu, müəyyən mənada humanitar jest sayılsa da, ekspertlərin fikrincə, Rusiya üçün bu cür "xırda addımlar" heç vaxt əsas məqsəd olmayıb. Musavat.com Minval.az-a istinadla xəbər verir ki, danışıqlarda Rusiya tərəfini yenə də tarixçi Vladimir Medinski təmsil edib. Onun hərbi dairələrə təsiri olmadığını nəzərə alsaq, bu, Moskvanın hələlik real sülhə və ya atəşkəsə hazır olmadığını bir daha sübut edir. Müşahidəçilər qeyd edir ki, Medinskinin müzakirələrə rəhbərlik etməsi Kremlin bu prosesə formallıq kimi yanaşdığını göstərir. Buna baxmayaraq, İstanbul danışıqlarında bir diqqətçəkən epizod da yaşanıb. Belə ki, Medinski Rusiya adından Ukraynaya ölənlərin cəsədlərinin yığılması və yaralılara yardım üçün 24-48 saatlıq lokal atəşkəs təklifini irəli sürüb. İlk baxışda bu, humanitar təşəbbüs kimi təqdim olunsa da, təcrübə göstərir ki, belə atəşkəs cəhdləri hər zaman xoş niyyətə əsaslanmayıb. Qarabağ müharibəsində analoji "humanitar atəşkəslər" Ən önəmlisi isə, bu atəşkəslər çox zaman erməni qüvvələrinə mühasirədən çıxmaq, mövqelərini bərkitmək və qüvvələrini yenidən toplamaq üçün fürsət verirdi. Beynəlxalq təşkilatlar vasitəsilə təqdim olunan "ağır yaralıların təxliyəsi" kimi istəklər praktikada mühasirəyə düşmüş döyüş qabiliyyətli əsgərlərin çıxarılması üçün maskalanmış cəhdlər idi. 44 günlük müharibənin son günlərində, Şuşa uğrunda döyüşlərin qızğın çağında, "Xankəndidə 80 xarici jurnalistin bloklandığı" iddiası ilə Azərbaycan tərəfinə atəşi dayandırmaq təzyiqi göstərilmişdi. Həmin dövrdə bölgədə bu qədər jurnalistin olması şübhə doğururdu. Azərbaycan isə bu informasiya manipulyasiyasına qarşı çıxaraq hərbi əməliyyatları davam etdirmiş və Şuşa şəhərini azad etmişdi. Medinskinin yeni təklifi: keçmişin təkrarımı? Hazırkı vəziyyətdə bu "dejavu" ssenarisi Ukrayna üçün ya strateji üstünlük gətirəcək, ya da onu tələyə sala bilər. Musavat.com Geri qayıt |