Əsas Səhifə > Güney Press > Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı
Zaxarovadan Qordonun Xankəndiyə getməsi ilə bağlı24-07-2025, 15:15 |
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ukraynalı jurnalist Dmitri Qordonun Xankəndidə keçirilən media forumunda iştirakına reaksiya verib. Musavat.com xəbər verir ki, Zaxarova jurnalistin forumda iştirakına qısqanc yanaşıb. O, ittiham irəli sürüb ki, Qordonun forumda görünməsi guya Qərbin müdaxiləsinin siqnalıdır. “Mən bu hadisələrin arxasında Qərbin – bölgəmizdə sülhə və sabitliyə nifrət bəsləyən qüvvələrin əli olduğunu görənlərlə tam razıyam. Düşünürəm ki, Qordonun ora göndərilməsi çox ciddi siqnaldır”, - deyə Zaxarova bildirib. VİDEO BURADA Geri qayıt |